2026-cı ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 785 milyon dollar əməliyyat xərcləri və təxminən 336 milyon dollar əsaslı xərclər çəkilib.
Banco.az bu barədə “BP Azərbaycan”a istinadən xəbər verir.
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 7 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74,2 milyon (ildə təqribən 27,1 milyard) standart kubmetrdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
