Daxili ipoteka krediti verən banklar – Araşdırma | Banco.az

Daxili ipoteka krediti verən banklar – Araşdırma

Araşdırma: Gülnar Əhmədli, Banco.az

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına verilən kreditlərdə bir sıra məhdudiyyətlər olduqda bankın öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərindən yararlanmaq mümkün olur.

Daxili ipoteka krediti müştərilərə daha əlçatan şərtlərlə bankın öz vəsaiti hesabına mənzil və ya fərdi yaşayış evi əldə etmək imkanı verir. Hazırda daxili ipoteka krediti verən bankların sayı çox az - 5-dir.

Daxili ipoteka krediti verən banklar "ABB", "Xalq Bank", "Kapital Bank", "Ziraat Bank Azərbaycan" və "AFB Bank"dır. Bankların partnyor olduğu şirkətlər isə aşağıdakılardır:

"ABB": Bankın əməkdaşlıq etdiyi tikinti şirkətləri Kristal Abşeron, Ganja Park City, Mayak Residence, Sea Breeze Resort, Melissa Group, Avant Group MTK, Alians və Blue City-dir.  

"Xalq Bank": Bankın ipoteka partnyorları Greenville Residence, Star Life Residence, Mirvari City, Şəhər İncisi, Çinarlı Park, Eleven Park, BCR Xətai, Central Towers, BCR Olimpik, Lake City by Minera, Bağça Şəhər, Kristal Abşeron və Boulevard Palace-dır.

"Kapital Bank"ın ipoteka partnyorları: Partnyorlar

ABB, Kapital Bank sadəcə partnyorlarla deyil, eyni zamanda çıxarışlı və çıxarışsız evlər üçün, torpaq sahələri, ev tikintisi-təmiri üçün də kredit ayırır. 

Qeyd edək ki, AFB Bank tərəfindən Avanqard MMC-yə məxsus kompleksdən evlər təklif olunur. Məbləğ 20.000 AZN-dən başlayır, müddət 36 ay, illik faiz dərəcəsi 8%, komissiya isə 1% -dir. Minimal ilkin ödəniş isə 30%-dir. 

Ətraflı cədvəldə:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram