Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 204 milyon ABŞ dolları, yaxud 0,2% azalaraq 86,243 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 34,786 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1 milyard ABŞ dolları, yaxud 3% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,204 milyard ABŞ dolları, yaxud 2,3% azalaraq 51,457 milyard ABŞ dolları təşkil edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!