Türkiyə Mərkəzi Bankı zəlzələdən zərərçəkmişlər üçün 30 milyard TL ianə verib | Banco.az

Türkiyə Mərkəzi Bankı zəlzələdən zərərçəkmişlər üçün 30 milyard TL ianə verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Mərkəzi Bankı zəlzədən zərərçəkmişlər üçün təşkil olunmuş kampaniya çərçivəsində külli miqdarda ianə verib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) “Türkiyə Bir Ürək” (“Türkiye Tek Yürek”) kampaniyasına 30 milyard TL ianə edib.

Dünən axşam saatlarında Türkiyənin bir çox aparıcı televiziya və radio kanalı vasitəsilə eyni anda yayımlanan və Kahramanmaraşda başlayıb 11 vilayətə yayılan, əsrin ən dəşhətli təbii fəlakət hadisəsindən zərərçəkmişlərə yardım etmək üçün başladılan "Türkiyə Bir Ürək" kampaniyasına bir çox məşhur şəxs qoşulub.

Kampaniyaya ən çox ianəni 30 milyard lirə ilə Türkiyə Respublikası Mərkəzi Bankı edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, kampaniya çərçivəsində toplanan yekun məbləğ 115 milyard TL-ni keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et