Türkiyə Mərkəzi Bankı zəlzələ bölgəsinə kredit və ianə verilməsini qərarlaşdırıb | Banco.az

Türkiyə Mərkəzi Bankı zəlzələ bölgəsinə kredit və ianə verilməsini qərarlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) zəlzələ bölgəsinə kredit və ianə ayrılması ilə bağlı qərar verib.

Banco.az xəbər verir ki, bu barədə TCMB rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, zəlzələ bölgəsindəki şirkətlərin yenidən diskont kreditlərinin və YTAK ödənişlərinin müddəti uzadılıb və yardım təşkilatlarına edilən pul köçürmələri üçün banklara heç bir komissiya tutulmaması barədə təlimat verilib.

Bu çərçivədə zəlzələ bölgəsindəki Adana, Adıyaman, Diyarbakır, Hatay, Qaziantep, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye, Şanlıurfa kimi şəhərlərdə təsis edilmiş şirkətlərə 6 fevral-30 aprel tarixləri arasında ixrac və valyuta gəlirləri üzrə xidmətlər üzrə yenidən diskont kreditləri və YTAK ödənişləri üzrə ödəmə müddətini 180 günədək faizsiz uzatmaq imkanı verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et