Türkiyə lirəsinin manata qarşı məzənnəsi altıaylıq minimuma enib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türkiyə lirəsinin manata qarşı məzənnəsi altıaylıq minimuma enib

Aprelin 26-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2018 manat təşkil edib. Bu, 2021-ci ildə qeydə alınan ən aşağı göstəricidir.

Lirənin manata qarşı məzənnəsi bundan aşağı həddə sonuncu dəfə noyabrın 5-də olub – 0,2014 manat. Beləliklə, bugünkü məzənnə son 6 ayın ən aşağı səviyyəsinə enib.

Qeyd edək ki, cari ildə türk lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin ən yüksək göstəricisi  fevralın 16-da qeydə alınmışdı – 0,2442 manat. Həmin tarixdən bəri lirə manata nisbətdə 17,4% ucuzlaşıb. Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 manat 4,955 lirəyə bərabərdir. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram