Türkiyə banklarının ümumi illik mənfəəti 95,7 faiz artıb | Banco.az

Türkiyə banklarının ümumi illik mənfəəti 95,7 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə yanvar ayında bankların ümumi mənfəəti illik müqayisədə 95,7 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) açıqladığı məlumatlara görə, 2023-cü ilin yanvar ayında bank sektorunun ümumi xalis mənfəəti 95,7 faiz artaraq 39,3 milyard lirəyə çatıb.

Əvvəlki ilin eyni dövründə 3,13 faiz olan NPL (qeyri-işlək kreditlər) nisbəti 2023-cü ilin yanvar ayında 2,01 faiz olub.

Əsas kapitalın adekvatlıq əmsalı isə 13 faiz təşkil edib. 2022-ci ilin yanvar ayında bu nisbət 14 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et