Türk dövlətlərinin ümum daxili məhsulu 900 milyard dolları ötür.
Bunu Azərbaycan Sahibkarlar Konfederasiyası və Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində deyib.
O qeyd edib ki, bu, qlobal ÜDM-in 1,7%-i deməkdir:
"Türk dövlətlərinin iqtisadi artımı 6 faiz olmaqla dünya iqtisadi artımını təxminən 2 dəfə qabaqlayır. Bu rəqəmlər türk dövlətlərinin davamlı olaraq gücləndiyini əyani surətdə sübut edir".
apa