Turizmin canlanması hotellərin gəlirlərini artırıb | Banco.az

Turizmin canlanması hotellərin gəlirlərini artırıb

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % artaraq 369,8 milyon manata çatıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  bunun da 60,6 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 %-i ictimai iaşə xidmətlərindən, 3,7 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,4 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,8 % səviyyəsində olub (2022-ci ilin yanvar-sentyabr aylarında 16,3 % təşkil edib). Bu göstərici Naftalanda 53,8 %, Şabranda 52,9 %, Qubada 32,3 %, Bakıda 29,6 %, Beyləqanda 27,3 %, Lənkəranda 26,6 %, Bərdədə 23 %, Ağcabədidə 21 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,3 faiz artaraq 1 395,2 min olub ki, bu da ümumi gecələmələrin 53,4 faizini təşkil edir.

Gecələmələrin ümumi sayının 16,0 faizi Rusiya Federasiyası, 10,6 faizi Səudiyyə Ərəbistanı, 8,5 faizi Hindistan, 7,3 faizi Türkiyə, 6,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,5 faizi İsrail, 4,1 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, 2,9 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,2 faizi Özbəkistan, 1,9 faizi Pakistan, 1,8 faizi Çin, 1,8 faizi Gürcüstan, 1,5 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,0 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,8 faizi Belarus, 0,7 faizi Fransa, 0,6 faizi İran, 0,6 faizi Oman, 0,6 faizi Bəhreyn,  0,5 faizi Polşa, 0,5 faizi Niderland, 17,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz artaraq 1 215,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 46,6 faizini təşkil edir.

2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artaraq 369,8 milyon manat olmuşdur ki, onun da 60,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

“Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri, turizm eksperti Ceyhun Aşurov bildirib ki,  pandemiyada daxili turizmə tələbatın artmasının regionların turizm potensialına müsbət təsir edib.

Ən sərfəli kredit üçün müraciət et

 Ceyhun Aşurov bu səbəbdən bölgələrdə hotel sayları, qonaq evləri, kənd evləri və digər icarəyə verilən evlərin sayı da çoxaldığını vurğulayaraq qeyd edib ki, hazırda həm qiymətdə, həm də xidmətdə müəyyən qədər rəqabət mühiti yaranıb.

 “Azərbaycanda quru sərhədləri bağlı olsa da, hava nəqliyyatı ilə bağlı kifayət qədər imkanlar var. Vətəndaşlarımız koronavirus ilə bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığına görə, rahat şəkildə başqa ölkələrə səyahət edə bilirlər. Bu mənada xaricə gedənlərin sayında da, müəyyən qədər artım olacaqdır. Gedənlərin sayı çox olsa da, daxildə tələbat yenə də aktiv olacaqdır. Dövlət Turizm Agentliyi tərəfindən açıqlanan ümumi hesabatda qeyd olunub ki, 2026-cı ilə qədər 4 milyon və daha çox turistin Azərbaycana gəlməsi arzu edilir. Nəticə əldə etməyimiz üçün ölkə və regionlar səviyyəsində daha çox hazırlıqlı olmağımız lazımdır. Bazar iştirakçıları daha çox olsa, rəqabətli mühit qiymət və xidmətin keyfiyyətində də öz sözünü deyəcək”.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olub.Hotellərin gəlirlərinin 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən daxil olub.

2021-ci ildə isə Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 mln. manat təşkil edib. Gəlirlərin 59,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et