Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib.
Banco.az Azərbaycan Mərkəzi Bankı-na istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin 9 ayında Blumberq ticarət sistemində banklar arasında 51.9 mlrd. (illik müqayisədə 22.7% az) manat məbləğində 2864 ədəd əqd bağlanmışdır. Bu əməliyyatların 95%-i 1-3 günlük olub. 9 ayda əqdlərin sayı ötən ilin müvafiq dövrünə nisbətdə 16.1% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
