TuranBankın Avropa Bankı ilə birgə layihəsi uğurla tamamlanıb | Banco.az

TuranBankın Avropa Bankı ilə birgə layihəsi uğurla tamamlanıb

Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə Maliyyə Vasitəçilərinin Bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi I texniki dəstək layihəsini uğurla tamamlamışdır.

Risk, Komplayns modulları çərçivəsində həyata keçirilən layihə bankda risk nəzarət tədbirlərinin effektiv idarəsi, komplayns prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətlərini əhatə etmişdir. Layihə çərçivəsində əldə edilən nəticələrin Bankda növbəti mərhələlərdə tətbiqinə başlanılması planlaşdırılır.

Layihə nüfuzlu beynəlxalq konsultasiya təşkilatı olan TA Consult Partners şirkəti tərəfindən uğurla icra edilmişdir. Adıçəkilən layihə Avropa Birliyi EU4Business initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

TuranBank

Bizimlə etibarlıdır...

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et