Müəllif:Mehin Qasımova,Banco.az
Tramp federal qurumlara "Anthropic" texnologiyalardan istifadəni qadağan edib.
Banco.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edib.
Tramp bildirib ki, ABŞ "radikal solçu və hiyləgər" bir şirkətin orduya müharibələrdə necə qalib gəlməyi diktə etməsinə icazə verməyəcək və əlavə edib ki, "Anthropic" Pentaqonu zorla idarə etməklə və konstitusiya əvəzinə öz xidmət şərtlərini tətbiq etməklə "fəlakətli səhv" edib.
Tramp bildirib ki, buna görə də, ABŞ-dakı bütün federal qurumlara "Anthropic" texnologiyasından istifadəni dərhal dayandırmağı tapşırıb:
"Bizə bu lazım deyil, biz bunu istəmirik və bir daha onlarla iş görməyəcəyik”.
Tramp Anthropic-in ABŞ-ın milli təhlükəsizliyini təhlükəyə atdığını iddia edərək deyib: "Ölkəmizin taleyinə biz qərar verəcəyik, real dünyanın nə olduğunu bilməyən insanlar tərəfindən idarə olunan qaçaq, radikal solçu süni intellekt şirkəti yox".
