Müəllif: Tamara Mustafayeva, Banco.az
“Toyota” 2023-cü il Kenşiki Forumunda ən son elektrik konsepsiyalarını, texnologiyalarını və yeniliklərini ictimaiyyətə təqdim edib.
Banco.az xəbər verir ki, yapon istehsalçı şirkətdən verilən açıqlamaya görə, “Toyota” istehsal versiyası 2024-cü ildə təqdim olunacaq “Urban SUV” konsepsiyasının dünya premyerasını həyata keçirib.
Şirkət həmçinin 2025-ci ildə yollara çıxacaq “Sport Crossover” ilə birlikdə Toyota “FT-3e” və “Toyota FT-Se” konsepsiyalarının Avropa premyerasını edib.
Ən son elektrikləşdirmə hədəflərini açıqlayan “Toyota”nın Avropada hibridlər də daxil olmaqla elektriklə işləyən avtomobillərin cari satış nisbətinin 71 faiz olduğu və 2024-cü ildə yeni elektrikli avtomobillərin sayının artması ilə bu rəqəmin 75 faizə çatacağı bildirilib.
Qeyd edək ki, 2026-cı ilə qədər “Toyota” minik avtomobillərindən tutmuş yüngül kommersiya avtomobillərinə qədər təxminən 15 müxtəlif sıfır emissiyalı avtomobil təklif edəcək. Bu avtomobillərdən 6-sı isə xüsusi hazırlanmış elektrik avtomobil platformasında qurulacaq.
Bundan əlavə, bu müddət ərzində “Toyota”nın Avropadakı illik satışlarının 20 faizinin tam elektriklə olacağı, ildə isə 250 mindən çox tam elektrik avtomobilinin satılacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!