“Toyota” uçan taksi istehsalına yarım milyard dollar sərmayə qoyacaq | Banco.az

“Toyota” uçan taksi istehsalına yarım milyard dollar sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota Motor” kommersiya sərnişin daşımaları üçün hava taksi şirkəti olan “Joby Aviation”a 500 milyon dollar sərmayə qoyacağını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“Toyota” iki şirkətin ortaq vizyonunu inkişaf etdirmək üçün “Joby” elektrikli hava taksisinin sertifikatlaşdırılması və kommersiya istehsalının dəstəklənməsi üçün əlavə 500 milyon dollar sərmayə qoyacaq”, - sənəddə deyilir.

Maliyyələşdirmənin 2024-cü ilin sonunda və 2025-ci ildə iki bərabər tranşla həyata keçiriləcəyi bildirilir. Yapon konserninin “Joby Aviation”a ümumi sərmayəsi 894 milyon dollara çatacağı halda, kommersiyalaşdırılmasının birinci mərhələsi üçün istehsal alyansının yaradılması planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ilin fevralında “Khaleej Times” qəzeti "Joby Aviation"ın Dubay Yollar və Nəqliyyat İdarəsi ilə müqavilə imzaladığını və bu müqaviləyə əsasən, şəhərdaxili hava daşımalarının iki ildən sonra başlayacağını bildirmişdi. Hava taksisinin sürəti 320 km/saata çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et