“Toyota” avtomobillərinin istehsalı dörd ay ardıcıl olaraq azalıb | Banco.az

“Toyota” avtomobillərinin istehsalı dörd ay ardıcıl olaraq azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Toyota Motor” şirkəti bu ilin may ayı üçün avtomobil istehsalının statistikasını açıqlayıb.

Banco.az xəbər verir ki, istehsal həcmi ilk növbədə Çin hesabına dörd ay ardıcıl olaraq azalıb. May ayında Çində “Toyota” avtomobil istehsalı 21,7% az olub.

 Bildirilir ki, 2024-cü ilin may ayında avtomobil istehsalçısı 812 191 avtomobil istehsal edib ki, bu da ötən illə müqayisədə 4,1% azdır. Eyni zamanda, satışlar illik müqayisədə 0,3% artaraq 840 681 avtomobil təşkil edib.

“Toyota”, “Daihatsu” və “Hino” daxil olmaqla, “Toyota Motor” qrupunun bütün markalarının ümumi istehsal həcmi may ayında 900 195 avtomobil təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5% azdır. Hər üç avtomobil markasının qlobal satışları 2% azalaraq 888 491 avtomobil olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram