"Petkim" maliyyə göstəricilərini açıqlayıb | Banco.az

"Petkim" maliyyə göstəricilərini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Petkim" ikinci rübdə 4,1 milyard TL xalis mənfəət əldə edib.

Banco.az xəbər verir ki, "SOCAR Türkiye"nin tərkibində fəaliyyət göstərən "Petkim Petrokimya Holding A.Ş." 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət hesabat dövründə 36,4 milyard TL gəlir əldə edib. Bu göstərici bazarın 36,8 milyard TL səviyyəsində olan konsensus proqnozuna yaxın olub. İnflyasiya uçotunun tətbiqinə başlanıldığı dövrdən bəri ən güclü mənfəətlilik göstəricisini nümayiş etdirən şirkət, yüksək enerji qiymətlərindən müsbət təsirləndiyini bildirib.

Şirkətin xalis mənfəəti əvvəlki rüblə müqayisədə 26 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 38 faiz artıb.

Şirkətin ümumi mənfəət marjası əvvəlki rübdəki mənfi 2,2 faizdən 8,6 faizə yüksəlib. Gəlirlər rüblük müqayisədə 26 faiz artsa da, xərclərin yaxşılaşmasının təsiri ilə satışların maya dəyəri eyni dövrdə cəmi 15 faiz yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram