İlon Maskdan 16,8 milyard dollarlıq çip istehsalı zavodu | Banco.az

İlon Maskdan 16,8 milyard dollarlıq çip istehsalı zavodu

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskdan 16,8 milyard dollarlıq çip istehsalı zavodu.

Banco.az xəbər verir ki, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask gələcək süni intellekt layihələri üçün strateji əhəmiyyət daşıyan çip istehsal gücünü təmin etmək məqsədilə Texas ştatında inşa ediləcək "Terafab" yarımkeçirici kompleksinə ilkin mərhələdə 16,8 milyard dollar sərmayə yatıracaq.

"SpaceX"in yaydığı məlumata görə, İlon Maskın şirkətləri üçün kritik əhəmiyyət daşıyan çip istehsal gücünü artırmağı hədəfləyən "Terafab" zavodu Texas ştatının Qrayms dairəsində fəaliyyət göstərəcək.

Şirkət bildirib ki, layihənin məqsədi qlobal çip təchizatı ilə "SpaceX" və "Tesla" şirkətlərinin yaxın illərdə ehtiyac duyacağı 1 teravattdan çox hesablama gücü arasındakı fərqi aradan qaldırmaqdır. Bu məqsədlə layihəyə ilk mərhələdə 16,8 milyard dollar investisiya ayrılacaq.

Açıqlamada qeyd olunub ki, sonrakı genişləndirmə mərhələləri ilə ümumi investisiya həcmi əhəmiyyətli dərəcədə artırıla bilər. Zavodun isə ən azı 3 min nəfər üçün yeni iş yeri yaradacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram