Tokioda inflyasiya səviyyəsi Mərkəzi Bankın hədəfindən də aşağı düşüb | Banco.az

Tokioda inflyasiya səviyyəsi Mərkəzi Bankın hədəfindən də aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tokioda inflyasiya ötən 2 ildə ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda inflyasiya səviyyəsi dekabrdakı 2,4 faizdən yanvarda 1,6 faizə düşüb.

Beləliklə, Yaponiya Mərkəzi Bankının 2 faizlik hədəfindən aşağı düşən göstərici təxminən iki ilin ən aşağı səviyyəsindədir.

Təzə ərzaq qiymətlərini nəzərə almayan baza inflyasiya səviyyəsi də 1,6 faiz hesablanıb ki, bu göstərici iqtisadçıların gözlədiyi 1,9 faiz və dekabrda qeydə alınan 2,1 faiz səviyyəsindən aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Tokionun inflyasiya səviyyəsi Yaponiyada ümummilli inflyasiya meyllərinin aparıcı göstəricisi hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram