Texnologiya tarixinə damğa vurmuş 5 SƏHV proqnoz | Banco.az

Texnologiya tarixinə damğa vurmuş 5 SƏHV proqnoz

1. Stiv Cobs – 2003

9mn7da - Teknoloji Tarihine Damga Vurmuş 12 Hatalı Tahmin

Siyahımıza hər kəsin çox yaxşı tanıdığı, bir çox sahədə yeniliklərə imza atan innovator bir şəxsiyyətlə başlayırıq. Hər kəsin xəyalpərəst olaraq adlandırdığı, kimlərə görə imkansızı reallaşdırmaq üçün çalışan Stiv Cobs da xətalı proqnoz verə bilər. 2003 – cü ildə verdiyi bir müsahibədə, musiqi dinləmək üçün abunəliyə əsaslanan sistemin çökmək üzrə olduğunu, bu şirkətlərin iflas edəcəyini söyləmişdi. Bu müsahibədən təqribən 10 il sonra, özünün yaratdığı Apple şirkəti, “Apple Music” – i bazara çıxardı və abunəlik sistemi ilə musiqi dinlətməyə başladı.

Həmçinin oxu: Stiv Cobsa motivasiya verən 10 musiqi

2. Steve Ballmer – 2007

zge517 - Teknoloji Tarihine Damga Vurmuş 12 Hatalı Tahmin

Apple ilə başlamışkən elə Apple ilə də davam edək. Microsoft – un ən tanınmış simalarından Steve Ballmer, CEO olduğu müddətdə tanıdılan ilk iPhone ilə bağlı o qədər xətalı bir proqnoz verdi ki, hazırda mövzu ilə bağlı nə düşündüyü həqiqətən maraqlıdır. iPhone – nun təqdimatından sonra bu telefon modelinin bəyənilməyəcəyini, klaviaturası olmadığı üçün e-mail göndərməyin çətin olacağını və iş dünyası üçün münasib olmadığını söyləmişdi. Microsoft – un daha ucuz telefon modelləri ilə hər il milyonlarla telefon satışı həyata keçirdiyini, Apple – ın isə çox bahalı olduğunu və heç satılmadığını da vurğulamışdı.

3. Bill Qeyts – tarix məlum deyil

Ən sərfəli kredit üçün müraciət et

iul7yr - Teknoloji Tarihine Damga Vurmuş 12 Hatalı Tahmin

Bill Qeyts bu proqnozunu inkar etsə də, bir çox mənbə onun mövzu ilə bağlı açıqlamasını doğrulayır. Belə ki, Qeyts heç kəsin fərdi kompüterlərində 637 kilobaytdan çox daxili yaddaşa ehtiyac duymayacağını söyləmişdi. 640 kb – lıq kompüterlərin hər kəs üçün yetərli olacağını da əlavə etmişdi. Qeyd edək ki, hazırda bu göstərici telefonlarımızla çəkdiyimiz bir fotoşəkildən dəfələrlə kiçikdir.

Həmçinin oxu: Bill Qeytsin oxumağı tövsiyyə etdiyi 5 kitab

4. Tomas Uatson – 1943

b853gv - Teknoloji Tarihine Damga Vurmuş 12 Hatalı Tahmin

IBM şirkətinin yaradıcısı və təqribən 40 il şirkəti idarə edən Tomas Uotson bəlkə də, siyahının ən xətalı proqnozunun müəllifidir. Dünyada təxminən 5 kompüterin və 5000 kseroks avadanlığının olacağını söyləyən Uotson öz pronozunda çox yanılıb.

5. ROBERT METKALF – 1995

k9vito - Teknoloji Tarihine Damga Vurmuş 12 Hatalı Tahmin

Hazırda əksər lokal şəbəkələrin əsasını təşkil edən "Ethernet" texnologiyasının banisi Robert Metkalf, 1995 – ci ildə internetin düşünüldüyü qədər vacib bir şey olmadığını və onun 1996 – cı ildə məhv olacağını iddia etmiş, hətta proqnozunda yanıldığı təqdirdə sözlərini yeyəcəyini vurğulamışdı. Metkalf verdiyi sözün üstündə durur və 1997 – ci ildə beynəlxalq konfransların birində 2 il öncəki müsahibəsi çıxan jurnalı lenderdə doğrayaraq iştirakçıların qarşısında yeyir. 

Tamara Mustafayeva, Banco.az