Bill Qeyts və Varren Baffet - in heç kimə məlum olmayan ilk biznesləri | Banco.az

Bill Qeyts və Varren Baffet - in heç kimə məlum olmayan ilk biznesləri

Milyader Varren BaffetMicrosoft-un yaradıcısı Bill Qeyts Sweet Nostalgia adlı video yazısını təqdim ediblər. Onlar öz ilk biznesləri haqda məlumat paylaşıblar. Artıq 27 ildir dostluq edən Bill və Varren həyatlarına aid  heç kimə məlum olmayan ilkin biznes ideyaları haqda söhbət açıblar.

Onlar bu videonu onlara uşaqlıqlarını xatırladan məkanda, konfet dükanında hazırlayıblar. Baffet uşaq vaxtı şirniyyatları çox sevdiyini, hətta onların seçiminə uzun zaman sərf etdiyini bildirib. O, həmçinin ilk dəfə 1946-cı ildə 25$-a oyun maşını aldığını (arcade machine) və beləliklə, biznes həyatına addım atdığını bildirib. O, bu biznesin indiyədək qurduğu ən yaxşı biznes olduğunu vurğulayıb.

Bill Qets isə 1974-cü ilə aid Popular Electronics jurnalının onun biznes həyatının təməlini qoyduğunu açıqlayıb. O, həmin jurnalda ona Microsoft-u yaratmaq fikrini verən məqalə oxuduğunu bildirib.  Onun sözlərinə görə o, kompüterin ilk dəfə şəklini həmin jurnalın üz qabığında görüb və Polun (Allen, Microsoft –Inc. yaradıcısı) təkidi ilə Microsoft-u yaratmaq qərarına gəlib. Hətta jurnalda şəkli əks olunan kompüter şirkəti sonradan Microsoft-un ilk müştərisi olub.

Ən sərfəli kredit üçün müraciət et

Kitabların insan həyatındakı təsiri hamıya məlumdur. Baffet də öz növbəsində “Ağıllı investor” adlı kitabın ona çox yardımçı təsirinin olduğunu açıqlayıb. Onun sözlərinə görə bazarın çox çətin dövrdə keçdiyi bir dövrdə bir şey satmaq istəyən hər kəs bu kitabı oxumalıdır.

Həmçinin o, mayda Amazon şirkətinə yatırım etmədiyi üçün çox peşman olduğunu və internet biznesinin çox gəlirli sahə olduğunu da gizlətməyib.

Ümumilikdə biznes çox dəyişkən anlayışdır, yəni yalnız bir sahədə fəaliyyət göstərmək çox gəlir söz vermir. Bunun yerinə fərqli sahələrə yatırım etmək risk və gəlir baxımdan çox prespektivli hesab olunur. Xatırladaq ki, bu ilin yanvar ayında Bill Qeyts, Global Alliance for Livestock Veterinary Medicines şirkətinə 40 milyon dollar yatırım etmişdi. Bu şirkət yeni cins daha çox süd verən inək cinsi yetişdirməyə hazırlaşır və bu inəklər istiyə davamlı olacağı üçün Afrikada yetişdirilməsi planlaşdırılır.

Nəcibə Yusifova, banco.az