"Tesla" satış rekordu qırsa da, proqnozları doğrulda bilməyib | Banco.az

"Tesla" satış rekordu qırsa da, proqnozları doğrulda bilməyib

Tamara Mustafayeva, Banco.az

"Tesla" istehsal və tədarük zəncirindəki davam edən çətinliklərə baxmayaraq, 2022-ci ilin üçüncü rübündə nəqliyyat vasitələrinin çatdırılması üzrə rekord qırsa da, bu göstərici proqnozlardan geridə qalıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı "Tesla" 2022-ci ilin üçüncü rübündə dünya üzrə 343 830 avtomobil tədarükü ilə yeni rekorda imza atıb. "Bloomberg" sorğusunda iştirak edən analitiklərin proqnozu 358 mini işarə edirdi. Ötən ilin eyni dövrü üzrə bu göstərici isə 241 300 qeydə alınmışdı.

Baş qərargahı Texas ştatında yerləşən şirkət, "İstehsal həcmimiz artmaqda davam etdikcə, nəqliyyat vasitələrinin daşıma qabiliyyətində rasional xərcləri təmin etmək olduqca çətinləşib", deyə açıqlama verib. 

Şirkətin CEO-su İlon Mask isə rəsmi twitter səhifəsində yayımladığı yazıda, "Xərcləri və komandanın üzərindəki stresi azaltmaq üçün son rübün ağlasığmaz çatdırılma dalğasını yüngülləşdirmək istəyirik. Bu rüb daha sabit çatdırılmalar həyata keçirməyi hədəfləyirik”, sözlərindən istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu açıqlamadan sonra "Tesla" səhmləri Asiya birjalarında ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et