"Tərəfdaşımızla birgə hazırladığımız yeni kart məhsulunu ictimaiyyətə təqdim edəcəyik" - Abbas İbrahimov | Banco.az

"Tərəfdaşımızla birgə hazırladığımız yeni kart məhsulunu ictimaiyyətə təqdim edəcəyik" - Abbas İbrahimov

İlin sonunadək ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində maraqlı bir layihəmizi, eyni zamanda tərəfdaşımızla birgə hazırladığımız yeni kart məhsulunu ictimaiyyətə təqdim edəcəyik.    

Banco.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib. 

Bankın sədri əlavə edib ki, son aylarda biz VISA beynəlxalq ödəniş sistemi ilə birlikdə Azərbaycanda ilk dəfə NFC texnologiyası ilə ödənişlərin tətbiqinə başladıq. Yenə də ölkəmizdəki biznes qurumları arasında ilk dəfə olaraq əmək bazarı üçün informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislər hazırlayan IBA Tech Akademiyasının açılışını etdik. Yüzdən çox tələbə artıq bu Akademiyada ödənişsiz qaydada proqramçı  ixtisasına yiyələnir. Bundan başqa, çox funksiyalı – dual kart məhsulumuz olan Tamkartı bazara təqdim etdik. Bütün bunlar müştərilərimiz və ümumilikdə cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Bu addımlar Bankın yeni inkişaf strategiyasında qarşımıza qoyduğumuz hədəflərə yönəlib və təbii ki, davamı olacaq. Bununla bağlı hələlik onu deyə bilərəm ki, ilin sonunadək ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində maraqlı bir layihəmizi, eyni zamanda tərəfdaşımızla birgə hazırladığımız yeni kart məhsulunu ictimaiyyətə təqdim edəcəyik.

Ən sərfəli kredit üçün müraciət et

HƏMÇİNİN OXU: Beynəlxalq Bank yeni strateji inkişaf planının tətbiqinə başlayıb - MÜSAHİBƏ

Ən sərfəli krediti almaq üçün müraciət et