Təmassız ödəniş əməliyyatlarının həcmi 6 trilyon dollara çatacaq – PROQNOZ | Banco.az

Təmassız ödəniş əməliyyatlarının həcmi 6 trilyon dollara çatacaq – PROQNOZ

Təmassız ödəniş sisteminin bazar lideri  Apple Pay sistemi olacaq.

2024-cü ildə təmassız ödəniş əməliyyatlarının həcmi 6 trilyon dollara çatacaq

Bu haqda “Juniper Research” şirkətinin proqnozunda deyilir.

Proqnoza əsasən, bu il isə dünya miqyasında 2 trilyon dollar həcmində təmassız əməliyyat aparılacaq: “Nəzərə çarpacaq artım ilkin olaraq ABŞ-da olacaq. 2024-cu ildə ölkədə təxminən 1,5 trilyon dollar civarında təmassız əməliyyatlar icra ediləcək.  Bu il isə ABŞ-da təmassız əməliyyatların həcmi  təxminən 178 milyard dollara çatacaq”.

Ən sərfəli kredit üçün müraciət et

“Təmassız ödəniş sistemi bazarında Apple Pay lider olacaq. 2020-2024-cü illərdə Apple Pay şirkətinin gəlir həcmi 43%-dən 52%-dək artacaq”.

Qeyd edək ki, Mərkəzi Bankın hesabatına görə, ötən il Azərbaycanda təmassız kartların sayı 2,4 dəfə artıb.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et