Telekommunikasiya sənayesində yeni sıçrayış: Çin 6G texnologiyası üçün kosmosa peyk göndərdi | Banco.az

Telekommunikasiya sənayesində yeni sıçrayış: Çin 6G texnologiyası üçün kosmosa peyk göndərdi

Müəllif:Mehin Qasımova/Banco.az

Telekommunikasiya sahəsində nəhəng addımlar atan Çin 6G texnologiyasının inkişafında mühüm uğurlar əldə etdi. 

Banco.az xəbər verir ki, rəsmi açıqlamaya görə, Asiya nəhəngi 6G texnologiyası üzərində işləmək üçün kosmosa uğurla peyk göndərib.

Bu addımla Çin 5G texnologiyasını  geridə qoymağı, bu sahədəki işləri növbəti səviyyəyə daşımağı və yeni texnologiyadan istifadə edən ilk ölkə olmağı hədəfləyir. Bu texnologiya saniyədə 1 terabit (yəni 1000 gigabit) sürətə çatmağı hədəfləyir ki, bu da 5G-nin təklif etdiyi sürətlərdən yüzlərlə dəfə yüksək performans deməkdir. 6G həm də ultra aşağı gecikmə və geniş bant genişliyi təklif etdiyi üçün o, avtonom nəqliyyat vasitələrindən tutmuş ağıllı şəhər tətbiqlərinə qədər bir çox yenilikçi tətbiqlərə qapı açacaq. 

Ən sərfəli kredit üçün müraciət et

6G texnologiyasının tətbiqi ilə bütün dünyada böyük iqtisadi və sosial dəyişikliklər gözlənilir. Rabitə sürətindəki eksponent artım sənayedən səhiyyə sektoruna, təhsildən nəqliyyata qədər hər sahədə yeniliklər gətirəcək və qlobal iqtisadiyyatın strukturunu təsirli şəkildə dəyişdirəcək. Çinin bu böyük addımı ölkənin bu yeni dövrə rəhbərlik etmək və dünya texnologiya bazarında daha da güclü mövqe əldə etmək istəyini ortaya qoyur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et