Telekommunikasiya kanallarına qoşulma və istifadəyə dair tariflər təsdiqlənib | Banco.az

Telekommunikasiya kanallarına qoşulma və istifadəyə dair tariflər təsdiqlənib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının təşkil etdiyi ölkədaxili telekommunikasiya kanallarına qoşulma və istifadə ilə bağlı tariflərin tənzimlənməsi haqqında qərar qəbul edilib.

Qərarı nazir Rəşad Nəbiyev imzalayıb.

    Qərara əsasən, ölkədaxili telekommunikasiya kanallarına qoşulma ilə bağlı tarif kanalın tutumdan asılı olmayaraq ƏDV daxil olmaqla 50 manat, kanallardan istifadə ilə bağlı aylıq tariflər isə aşağıdakı kimi təsdiqlənib:

    Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.