Təbii resurs lənəti yoxsa holland sindromu? | Banco.az

Təbii resurs lənəti yoxsa holland sindromu?

1960-cı illərdə Hollandiyanın  qaz ehtiyyatlarında yaranmış qısa müddətli artım ölkə iqtisadiyyatının digər sahələrində bir sıra problemlərə yol açır. Baş vermiş bu hadisəni  “Holland sindromu adlandırırlar.

İqtisadiyyatda holland sindromu “təbii resurs lənəti” olaraq da tanınır. Yəni təbii resurslarla zəngin olan ölkələrdə daha az təbii resura malik olan ölkələrə nisbətən  uzunmüddətli dövrdə daha aşağı iqtisadi inkişafın qeydə alınmasıdır.

Son dövrlərdə geniş istifadə olunan bu ifadə,  hər hansı bir ölkənin mineral və ya neft və qaz ehtiyyatlarınıın hasilatının ona daha çox fayda verməsi əvəzinə bir sıra əhəmiyyətli zərərlərin meydana gətirməsini ifadə edir.

Bu lənət aşağıdakılarla nəticələnə bilər

  • Ehtiyyatlar üzərində siyasi konfliktlərin meydana gəlməsi – regional, etik və ya dini cəmiyyətləri bir-biriylə qarşı-qarşıya gətirmək
  • Gəlirlərin paylanmasında qeyri-bərabərlik- adətən bir qrup əhalinin gəlirlərinin getdikcə yüksəlməsi, kasıb təbəqə isə daha da kasıblaşması
  • Ətraf mühitin çirklənməsi –ətraf  mühitin monitorinqi və standartların tətbiqi üçün məhsuldarlığın azalmasıvə ya qeyri müəyyən standartlar formalaşması.
  • Korrupsiya və ya   ‘rent seeking’ .  Hər kəs korrupsiyanın nə olduğunu bilir, bəs ‘rent seeking’  nədir?.

Rent seeking -  Hər hansı bir məhsula və ya bazara  müəyyən imtiyazlar verərək öz gəlirlərini artırılması məqsədilə insanların davranışını təsvir edən iqtisadçılar tərəfindən işlədilən ifadədir

  • Resursların effektiv idarə edə bilməyən və ya onların idarəsində istəkli olmayan zəif hökumət qurumlarının mövcud olması.

“Təbii resurs lənəti”daha çox inkişaf etməkdə olan ölkələrdə öz təsir dairəsini göstərir. Afrika ölkələrindən,  Sudan, Anqola, Çad, Ekvatorial Qvineya holland sindromundan tez-tez zərər görən ölkələr arasındadır.

Bu iqtisadi xəstəlik təbii resursların  hasilatı nəticəsində  milli gəlirdə yaranmış bir artımın iqtisadiyyatın digər sekotrların mənfi təsir göstərməsini istinad edir.

Bunun səbəbi təbii ehtiyyatların ixracı nəticəsində artmış gəlirlərin ölkənin milli valyutasının real dəyərini artırmasıdır. Beləliklə dünya bazarında  ölkənin digər məhsullarının  , məsələn kənd təsərrüfatı məhsullarınınqiyməti bahalaşır və rəqabətqabiliyyəti zəifləyir.  İdxal isə ucuzlaşdığından baş vermiş bu hadisə yeri istehsalçıları sarsıda bilər.

Ən sərfəli kredit üçün müraciət et

 Eyni zamanda, bəzi xidmət sahələrinə tələb artmağa başlayır, məsələn  təbii resurslar artdığından yanacaq doldurma məntəqələrinin sayı da artır , ona görə də  inşaat sektoruna ehtiyac yaranır.

Beləliklə ölkə iqtisadiyyatı təbii resursların ixracatından aşırı dərəcədə asılı olur. Dünya bazarında təbii ehtiyatların qiymətində baş verən azalma ölkədə bir sıra mənfi iqtisadi təsirlərə yol aça bilir.

 Həll yolları

Bu problemin həlli üçün daha çox aşağıdakılar tövsiyyə edilir

  • Güclü və məsuliyyətli hökümət qurumlarının olması
  • Korrupsiyanın azaldılması
  • Gəlirlərin ədalətli bölgüsü və sosial yatırımlar
  • Daha şəffaf iqtisadi siyasət
  • Ehtiyyatların mövcud olduğu  ərazilər üçün  əlavə imkanların yaradılması

Yuxarıdakılar nəzəri olaraq təklif edilsədə , praktiki olaraq mümkün deyil. Çünki təbii resurslar üzərində ən çox sərmayə qoyanlar xarici şirkətlər olur. Şirkətin də əsas məqsədi mənfəət əldə etmək olduğundan onlar artıq başqa ölkələrə investisiya etmək haqqında fikirləşməli olacaqlar.

Adətən dövlətlər təbii resursların hasilatından gələn gəlirləri boş yerə səpələmək əvəzinə əmanət edərək  iqtisadiyyatın digər sektorlarına olan zərərli təsirləri azalda bilər.

Hollandiya kimi 1960-cı ildə Norveçdə şimal dənizində neft və qaz ehyiyyatları çıxarırdı, lakin bu ehtiyyatlardan gələn gəlirləri Norveç hökuməti  Neft fondunda topladı, hal hazırda həmin fond Norveç Dövlət Pensiya fondu adlandırılır.   Həmin fondun vəsaitləri beynəlxalq səhm və istiqrazlara investisiya edilirdi.

Bu gün həmin fondun dəyəri 600 milyard dollardan çoxdur. Yəqin ki Norveçdə  gələcək nəsil ulu babalarının hasil etdiyi təbii resurslara həmişə minnətdar qalacaqlar

Xəzər Aslanov, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et