2 il ərzində yemək proqramını aldadıb: 1095 dəfə pulsuz yemək sifariş edib | Banco.az

2 il ərzində yemək proqramını aldadıb: 1095 dəfə pulsuz yemək sifariş edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yaponiyanın Naqoya şəhərində yaşayan 38 yaşlı Takuya Hiqaşimoto 2 il ərzində yemək sifarişi proqramını sistematik olaraq aldadıb və 1095 dəfə pulsuz yemək sifariş edib.

Banco.az xəbər verir ki, Hiqashimoto tətbiqdəki boşluqdan istifadə edərək onların 3,7 milyon yen (təxminən 24,000 dollar) itirməsinə səbəb olub.

South China Morning Post qəzetinin məlumatına görə, işsiz olduğu deyilən Hiqaşimoto bahalı yeməklər sifariş edib sonra isə "Yeməyi almadım" deyərək pulunun geri qaytarılmasını istəyib. Boşluq sayəsində onun ödənişi hər dəfə ləğv edilirdi və o, sifariş etdiyi məhsulları pulsuz alırdı.

Hiqashimoto aşkarlanmamaq üçün 124 müxtəlif saxta hesab açıb və hər hesab üçün saxta şəxsiyyət vəsiqələri ilə əldə edilmiş qabaqcadan ödənişli telefon kartlarından istifadə edib. Sifarişi aldıqdan sonra o, bu xətləri ləğv edərək izini itirib.

Ən son iyulun 30-da eyni üsulla dondurma və toyuq steyki sifariş edən Hiqaşimoto yenə 16 min yen (təxminən 105 dollar) məbləğində pulu geri alıb. Lakin bu dəfə proqramın avtomatik monitorinq sistemi şübhələnərək vəziyyəti polisə xəbər verib.

Saxlanılan Hiqaşimoto ifadəsində deyib ki, "Əvvəlcə sadəcə sınamaq istədim. Amma bu üsulun işlədiyini görəndə dayana bilmədim".

Hadisədən sonra qida platforması şəxsiyyətin yoxlanılması sistemini gücləndirmək və şübhəli geri qaytarma sorğularını avtomatik aşkarlayan yeni xəbərdarlıq sistemi hazırlamaq qərarına gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram