Müəllif:Mehin Qasımova,Banco.az
Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayına dair istehlakçı və istehsalçı qiymətləri indeksini açıqlayıb.
Banco.az xəbər verir ki, rəqəmlər inflyasiyanın bazar gözləntilərindən bir qədər aşağı olduğunu göstərib.
Məlumatlara əsasən, oktyabr ayında istehlak qiymətləri sentyabra nisbətən 2,55 faiz artıb. İllik inflyasiya isə 32,87 faiz səviyyəsində qeydə alınıb.
Oktyabrda baza inflyasiyası 32,05 faiz təşkil edib. Müqayisə üçün, sentyabr ayında aylıq inflyasiya 3,23 faiz, illik göstərici isə 33,29 faiz idi.
Beləliklə, məlumatlar inflyasiyanın artım tempinin bir qədər zəiflədiyini göstərir.
