4 gün ardıcıl iş olmayacaq - Tarixlər | Banco.az

4 gün ardıcıl iş olmayacaq - Tarixlər

Zəfər günü və Dövlət bayrağı günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

    Banco.az xəbər verir ki, bu il 8 noyabr Zəfər günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü bazar gününə təsadüf edir.

    Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.