Azərbaycan Teatr Xadimləri İttifaqının ləğvetmə prosesində olan “Atrabank” ASC-dən 9 506 manat alacağı var.
Bu, bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında məlum olub.
İclasda mədəniyyət qurumunu onun baş mühasibi Ellada İbrahimova, eləcə də ittifaqın sədr müavini, xalq artisti Rafiq Əliyev təmsil edirlər.
Mənbə: Report.az