Müəllif - Aida İsaq, Banco.az
Yaxın günlərdə taxıl müqaviləsinin müddətinin uzadılması barədə müzakirələrə başlanılacaq.
Banco.az xəbər verir ki, danışıqların həftənin əvvəlində aktuallaşa biləcəyi eyni zamanda bu istiqamətdə qısa zamanda hər hansısa nəticə əldə olunmayacağı bildirilir. Eyni zamanda BMT və Türkiyənin Rusiyadan kənd təsərrüfatı məhsulları və ammonyakın bazarlara çıxarılması üçün mövcud maneələrin aradan qaldırılması istiqamətində addımlar atdığı qeyd olunur.
Qeyd edək ki, fevralın 17-də Ukrayna tərəfi taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqların bir həftədən sonra başlayacağını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!