Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr aylarında müştərilərə verilmiş kreditlərdən 3 milyard 379.7 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 492.7 milyon manat və ya 17.1% çoxdur.
Banklar 2025-ci ilin ilk 9 ayında 2 milyard 887 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
Yanvar-sentyabr aylarında bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 522.5 milyon manat (14.3%) artaraq 4 milyard 189.3 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
