Tarixi İpək Yolunun yeni xəritəsi: İtaliya “Bir kəmər, bir yol”dan niyə çıxdı? | Banco.az

Tarixi İpək Yolunun yeni xəritəsi: İtaliya “Bir kəmər, bir yol”dan niyə çıxdı?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ötən həftə İtaliya Çinin Romadakı səfirliyinə göndərdiyi rəsmi notada müasir İpək Yolu kimi tanınan Çinin “Bir kəmər və bir yol” layihəsindən çıxdığını bildirmişdi. İtaliya bu layihədə iştirak edən yeganə G7 ölkəsi idi. Sözügedən notada Pekinə  İtaliyanın bu təşəbbüsdə iştirakının ilin sonuna qədər yekunlaşacağı bildirmişdir. Hazırda bu layihədə Avropadan yalnız Yunanıstan və Macarıstan qalıb.

Bu barədə Banco.az-a türkiyəli iqtisadçı ekspert Ərsin Dədəqoca açıqlama verib. İqtisadçı deyir ki, “Bir kəmər, bir yol layihəsi” Pekinin  iqtisadi və siyasi gücünü artırmaqla bərabər Çinin yüksək texnologiyalı iqtisadiyyat qurması üçün lazımi şəraitin yaradılmasına da şərait yarada bilər:

“Layihənin üç əsas motivi var. Bunlardan birincisi və beynəlxalq səviyyədə ən çox müzakirə olunan məsələ Çinin ABŞ-la rəqabətidir. Çinin beynəlxalq ticarətinin böyük əksəriyyəti ABŞ-ın əsas müttəfiqi olan Sinqapur sahillərində Malakka boğazı vasitəsilə “dəniz yolu ilə” həyata keçirilir. Sözügedən layihə Pekinin özü üçün daha ​​təhlükəsiz ticarət yolları yaratmaq səylərinin tərkib hissəsi kimi nəzərdən keçirə bilərik.

Çinin xeyrinə olan birinci motivin digər cəhəti də ondan ibarətdir ki, Pekin layihənin iştirakçısı olan ölkələri Çin iqtisadiyyatından asılı vəziyyətə salmaq və bununla da Çin üçün iqtisadi və siyasi təsir dairəsi yaratmaq istəyir.

Bu layihə ABŞ-ın İkinci Dünya Müharibəsindən sonrakı illərdə həyata keçirdiyi Marşal Planı ilə oxşarlıqları təşkil edir. Lakin onların arasında əsas fərq ondan ibarətdir ki, Çin bütünlüklə “ümumi iqtisadi maraqlar” əsasında digər ölkələrə maliyyə dəstəyi verir”.

Pekin hazırda “Bir kəmər və bir yol” layihəsinə 1 trilyon avroya yaxın sərmayə qoyub. Bu layihə çərçivəsində bir çox inkişaf etməkdə olan ölkədə yollar, dəmir yolu xətləri, hava limanları və əvvəllər heç olmayan limanlar tikildi.

Hazırda Rusiya və Serbiya da daxil olmaqla, təxminən 150 ölkə bu layihənin iştirakçısıdır.

Ərsin Dədəqoca deyir ki, layihə ilə bağlı Qərb şərhçilərini ən çox narahat edən  Çin təsirinin G7 ölkəsi kimi inkişaf etmiş ölkələr vasitəsilə Avropa ölkələrinə yayılmasıdır:

Ən sərfəli kredit üçün müraciət et

“2008-ci il maliyyə böhranından sonra Yunanıstan uzun müddət iqtisadi qeyri-sabitliklə yanaşı  Aİ ilə münasibətləri də pisləşdi. 2016-cı ildə Çin gəmiçilik şirkəti Cosco Avropanın yeddinci ən böyük limanı olan Pirey limanının əksər hissəsini alıb. Daha sonra, 2018-ci ilin avqustunda Yunanıstan rəsmi olaraq layihəyə  qoşulacağını elan etdi.

Macarıstanda bu layihədə mühüm iştirakçılardan sayılır.  Rəsmi məlumatlara görə, 2022-ci ilin sonuna Çinin Macarıstana ticarət, kimya, maliyyə, rabitə avadanlığı, yeni enerji, logistika və digər sənaye sahələrini əhatə edən birbaşa investisiyası 426 milyon dollara çatıb. “Bir kəmər və bir yol” layihəsi Macarıstan və Serbiyanın paytaxtlarını birləşdirən Budapeşt-Belqrad Dəmir Yolu Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında əsas layihə kimi dayanır”.

İtaliyanın layihədən ayrılması səbəblərinə toxunan iqtisadçı vurğuladı ki,  bu  qərarda Brüsselin təzyiqini də nəzərdən qaçırmaq olmaz:

“AB və NATO-da İtaliyanın layihədəki iştirakını son vaxtlar daha çox strateji səhv və təhlükəsizlik riski kimi qəbul edirdilər. Aydındır ki, Brüsseldə edilən bu qiymətləndirmələrin ümumi məqsədi “blokdan kənar iqtisadi asılılıqları azaltmaq”dır. Məlumdur ki, NATO da Pekinin “texnoloji və sənaye sektorlarının əsas sahələrini, kritik infrastrukturu, strateji materialları və təchizat zəncirlərini nəzarətə götürməyə” çalışdığına dair fikirlərə malikdir. İtaliya rəhbərliyi Meloni heç vaxt bu layihədən narazılığını gizlətməyib. Digər tərəfdən, ABŞ da ciddi təzyiqlər göstərirdi. İtaliyanın layihədən çıxmağın səbəbi odur ki, layihə ilin sonuna qədər dayandırılmasaydı, mart ayında əməkdaşlıq avtomatik olaraq möhkəmlənəcəkdi”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram