Tarix boyu dünyanın ən maraqlı vergiləri | Banco.az

Tarix boyu dünyanın ən maraqlı vergiləri

Müəllif:Mehin Qasımova/Banco.az

Tarixi boyu bütün dövlətlərin özünəməxsus vergi qanunları olub.Tətbiq edilən  vergilər birbaşa və ya dolayı yolla vətəndaşlardan yığılıb. Vergi sistemi bu gün də davam edir. 

Banco.az bu günə qədər yığılan kreativ vergiləri sizə təqdim edir:

Qədim Misir- Yemək yağı vergisi 

Qədim Misirin vergi qanunları olduqca sərt idi. Vergidən yayınma və ya saxta bəyannamə şallaq və ya ölümlə cəzalandırılırdı. Bununla belə, Nil çayı boyunca taxıldan tutmuş pivəyə qədər hər şeydən vergi ödənilirdi. Ən özəl vergi yemək yağına tətbiq edilirdi. Yemək yağının təkrar emalı qanuna zidd idi və əsgərlər evlərdə işlənmiş yağ axtarırdılar. Əgər insanlar işlənmiş yağı evdə saxlayırdılarsa, ev sahibi təzə yağ alıb müvafiq vergi ödəməyə məcbur olurdu.

İngiltərə - Qorxaqlıq vergisi 

Orta əsrdə  İngiltərədə  bir şəxs  müharibədə vuruşmaq istəmirsə, pul ödəməklə həmin müharibədə iştirak etmirdi. “Qorxaqlıq vergisi” adlanan bu ödəniş şəxsə müəyyən bir müharibədə hərbi xidmətdən yayınmağa icazə verirdi. 1199-cu ildən 1216-cı ilə qədər padşahlıq edən Kral Con bu vergidən sui-istifadə edir və ölkədə müharibə olmadığı vaxtlarda da tez-tez tələb edirdi.

İngiltərə - Pəncərə vergisi

Yenə İngiltərə tərəfindən tətbiq olunan başqa bir vergi də pəncərə vergisi idi.1696-cı ildə evlərdəki pəncərələr sərvət əlaməti kimi qəbul edildi. Daha çox pəncərə daha böyük bir ev demək idi. İnsanlar vergilərdən yayınmaq üçün  sonralar evlərdə az pəncərə tikməyə başladı. Bu, zəif işıqlandırma və qeyri-kafi ventilyasiya ilə nəticələndi. İnsanlar tif, çiçək və vəba kimi xəstəliklərə yoluxdular. İnsan sağlamlığını təlükəyə qoyan bu vergi 1851-də aradan qaldırıldı.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya -Saqqal vergisi 

1698-ci ildə Böyük Pyotr kimi tanınan rus çarı I Pyotr Rusiyanı Qərbi Avropanın təmiz təraş tendensiyasına hazırlamaq üçün illik saqqal vergisi tətbiq etdi. Kasıblara ildə iki dəfə saqqal saxlamağa icazə verilirdi. Varlı vətəndaşlar isə  100 rubl ödəməli idilər. Vergidən yayınan  şəxslərin saqqallılarını  polis zorla təraş edirdi. Vergi ödəyənlərə hər verginin sonunda mis jeton verilirdi. Bu nişan onun saqqalından vergi ödədiyini sübut edirdi.

Osmanlı dövləti - Qan vergisi 

Osmanlı dövləti bəzi bölgələrdəki qeyri-müsəlman vətəndaşlardan  vergi ödəmələrini tələb edirdi. Qeyri-müsəlman vətəndaşlar bunu öz aralarında “qan vergisi” adlandırırdılar. Qeyri-müsəlman  ailələr vergi verə bilmədikdə Osmanlılar  kiçik xristian uşaqlardan bir neçəsini götürüb İslam dinini qəbul etdirib, hərbiyə cəlb edirdilər. Bu uşaqlar 5-8 il hərbi təlim keçməklə yanaşı, emalatxanalarda, fermalarda, gəmilərdə, tikinti sahələrində də dövlət işlərində çalışırdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram