Tamara Mustafayeva, Banco.az
"Renault" elektromobillərlə bağlı starategiyasını açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, fransız avtomobil istehsalçısı "Renault" şirkətinin baş direktoru Luca de Meo 2025-ci ilədək bazara 10 yeni elektromobil çıxaracaqlarını, 2030-cu ilə qədər isə bütün modellərin 90%-ni elektromobillərin təşkil edəcəyini söyləyib.
Şirkətin növbəti illərdə hibrid modellərin istehsalını azaldacağını bildirən Luca de Meo elektromobillərlə bağlı strategiyanın tarixi qərar olduğunu vurğulayıb. "Renault" həmçinin şərikləri "Nissan" və "Mitsubishi" ilə birlikdə ötən il 200 min elektrik avtomobili istehsal etdiklərini, bu göstəricinin 2030-cu ilədək 1 milyona çatacağını açıqlayıb.
Xatırladaq ki, fransız avtomobil istehsalçısı bir neçə ay əvvəl 2022-ci ilin ilk yarımilliyində bazara çıxarılacaq tamamilə elektrikli modelin "Megan E" olacağını elan etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!