TANAP-ın tikintisi üçün torpaq sahələrinin alınmasına bu qədər vəsait ayrılıbmış | Banco.az

TANAP-ın tikintisi üçün torpaq sahələrinin alınmasına bu qədər vəsait ayrılıbmış

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP)  tikintisi üçün torpaq sahələrinin əhalidən alınmasına xərclənən vəsait nəzərdə tutulduğundan az olub.

Bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın Baş direktoru Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, başlanğıcda bu məqsədlə 130 mln. dollar nəzərdə tutulmuşdu: “Lakin türk lirəsinin dollar qarşısında dəyər itirməsi xərcləri azaldıb. Bu günə qədər nəzərdə tutulan 130 mln. dollardan 70%-ə qədəri xərclənib”. 

Report.az