TamKart-dan Yeni il kampaniyası | Banco.az

TamKart-dan Yeni il kampaniyası

Ödənişləri TamKart kredit kartları ilə aparmaq indi daha da sərfəlidir. ABB-nin start verdiyi yeni kampaniya müddətində TamKart kredit kartı sahibləri və kampaniya müddətində TamKart kredit kartı əldə edən yeni müştərilər ödənişlərindən pul qazanacaqlar.

Belə ki, 16.01.2023-cü il tarixinə qədər bu kartlarla 20 manatdan çox məbləğdə 5 və ya daha artıq alış-veriş (onlayn, taksit və birdəfəlik ödəmələr) edən müştərilərə 23 manat hədiyyə veriləcək. Hədiyyə məbləği 16 yanvar tarixindən sonra 15 iş günü ərzində müştərinin kart hesabına köçürüləcək.

Kampaniya bütün TamKart kredit kartlarına aiddir. Bu imkan vergi, gömrük və digər dövlət ödənişlərinə, kommunal, mobil, sığorta, kredit ödənişlərinə, kartdan-karta köçürmələrə, Unique cash, Quasi cash ödənişlərinə və nağdlaşdırma əməliyyatlarına şamil edilmir. TamKart kredit kartı sifariş etmək üçün keçid edin.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram