Müəllif: Gülnar Əhmədli, Banco.az
AzSığorta ASC 2026-cı ilin ilk 9 ayını 458 min 247 manat xalis mənfəətlə başa vurub.
Banco.az şirkətin maliyyə məlumatlarına istinadən xəbər ki, AzSığorta-nın xalis mənfəəti 2025-ci ilin eyni dövrü ilə müqayisədə 787 min 459 manat və ya 63,2% azalıb.
Hesabat dövründə şirkətin ümumi gəlirləri 8,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat azdır. Ümumi xərclər isə 8,4 milyon manat təşkil edib və illik müqayisədə 235,7 min manat adır.
Hesabat dövrünün sonuna şirkətin aktivləri 29,8 milyon manat olub ki, bu da illik müqayisədə 3,2% və ya 984,6 min manat azalma deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
