Taksit kartlarının yaratdığı imkanlar | Banco.az

Taksit kartlarının yaratdığı imkanlar

Son illərdə taksit kartlarının yaratdığı güzəştlər taksit kartı sahiblərinin sayında nəzərəçarpacaq artıma səbəb olub. Taksit kartları vasitəsilə banklar öz müştərilərinə müəyyən şərtlər daxilində nağd pul xərcləmədən  mal və xidmətdən istifadə etmək üçün imkanlar yaradır. Taksit kartı vasitəsilə siz cibinizdə pul daşımadan, nağd pulun yarada biləcəyi  bütün avantajlardan faydalana bilərsiniz.

Nəzərinizə ölkəmizdə kifayət qədər məhşurluq və müştəri kütləsi qazanmış 12 taksit kartını və onların özəlliklərini təqdim edirik.

Kartın adı

Bank

Qiyməti

 Kartın balansı

Nağdlaşdırma

%-i

İllik %

Albalı Plus

Unibank

Pulsuz

300-10 000 AZN

1-5%

25-31 %

Bolkart

Bank of Baku

Pulsuz

300-10 000 AZN

2,5-4 %

30%

Worldcard

Yapı Kredi Bank Azərbaycan

25 AZN

350-100 000 AZN

2%

28%

Həzz Kart

AG Bank

Pulsuz

300-6000 AZN

-

 

Tele Kart

Nikoil Bank

Pulsuz

300-8000 AZN

1%

16%

Dəmir Taksit

Dəmir Bank

Pulsuz

300-2000 AZN

3%

19%

Extra Card

ASB Bank

Pulsuz

100-1500 AZN

1%

24%

Smile Card

Express Bank

Pulsuz

300-3000 AZN

0%

12%

Kapital Kart

Kapital Bank

Pulsuz

300-3000 AZN

3-10 %

 

ElKart

Beynəlxalq Bank

Pulsuz

500-5000 AZN

3%

16%

Maxi Card

NBC Bank

Pulsuz

500 AZN

-

 

Albalı Plus – Unibank

Bu kartla siz 1000-dən artıq ticarət və xidmət mərkəzlərində istədiyiniz məhsul və xidməti sərfəli şərtlərlə alaraq, dəyərini hissə-hissə (12 ayadək) ödəyə bilərsiniz. ALBALI PLUS kartı dörd bank məhsulunu özündə birləşdirir: taksit, kredit, depozit, debet kart. Taksit kartının istifadə müddəti 5 ildir və illik faiz dərəcəsi 30%-dir. Komisyon haqqı 2% təşkil edir (Komisyon haqqı Standart Albalı karta aid deyil. AlKart birləşməsi olan Albalı Plus kartlarına şamil edilir). Güzəşt müddəti 40 gündür. Təminat tələb olunmur. Albalı Plus həm də sərrfəli eeepozit kartıdır.Müştərinin bankda olan kredit reytinqindən asılı olaraq onun kartındakı öz vəsaitinə illik 6%-ə dək depozit faizi hesablanır.

İş stajı minimum 3-6 ay ( Staja tələb Albalı Plus Alkarta aiddir). Əmək haqqı barədə tələb yoxdur və veriləcək məbləğ araşdırma sonrasında bəlli olur.

Kart müştərilərə pulsuz təqdim olunur. 18-70 arası Azərbaycan vətəndaşları Albalı Plus kartına sahib ola bilərlər. kartın müddəti 60 aydır və zamin tələb olunmur.

Unibankın partnyor mağazalarından alış-veriş edə bilərsiniz. Əldə etdiyiniz mal Bankın partnyor ilə razılaşmasından asılı olaraq 1,3,6,12 və 18  bərabər hissələrə bölünür.

Qeyd: Albalı Plus kartının güzəşt müddətli və güzəşt müddəti olmayan növləri vardır. Güzəşt müddəti olmayan Albalı Plus kartlarında nağdlaşdırma faizi 5%-i, güzəşt müddəti olan kartlarda isə 0,8-1% təşkil edir, nağdlaşdırma faizi isə müştərinin kredit reytinqından asılıdır. Hər iki növdə olan kartda 4 Bank məhsulu cəmləşibdir: taksit kartı, kredit kartı, debet və depozit kartı.

Bolkart – Bank of Baku

Bolkartı bankla partnyor olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə edə bilərsiniz. Bolkartı "Bank of Baku"-nun Bakı, Xırdalan, Sumqayıt, Şəki, Lənkəran, Gəncə, Xaçmaz və Şirvan şəhərlərində fəaliyyət göstərən filiallarından əldə etmək olar.

Bolkartı ali məktəb tələbələri, “Bank of Baku”-da əmanəti olan şəxslər, Biznes kreditləri üzrə Bankla əməkdaşlıq edən şəxslər, dövlət və özəl müəssisələrinin əməkdaşları, “Bank of Baku”-da müsbət kredit tarixçəsinə malik müştərilər, həmçinin Bank of Baku-nun filialları yerləşən şəhərlərdə qeydiyyatda olan istənilən şəxslər ala bilərlər.

Bolkartdan nağd pul çıxarmaq "Bank of Baku"-nun elan etdiyi ayrı-ayrı nağdlaşdırma kampaniyaları dövründə mümkündür. Nağdlaşdırma faizinin göstəricisi kompaniyalara uyğun olaraq müəyyən olunur.

Kartın istifadə müddəti 5 ildir və illik faiz dərəcəsi 30%-dir. Güzəşt müddəti 40 gündür. Təminat tələb olunmur.

Verilən kredit əmək haqqının 2-3 mislinə qədər olur.

Kartın üstünlükləri:

  • Kart pulsuzdur və Bolkartla dünyanın istənilən ölkəsində alış-veriş etmək olar
  •  Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək olar
  • Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrcə istifadə oluna bilər.
  • Bank of Bakunun partnyor mağazalarından alış-veriş edə bilərsiniz. Əldə etdiyiniz mal Bankın partnyor ilə razılaşmasından asılı olaraq 1,3,6 və ya 12  bərabər hissələrə bölünür

Worldkard – Yapı Kredi Bank Azərbaycan

World ilə yayılmış World Üzv Ticarət Obyekti şəbəkəsində bal və hissə-hissə ödəmə imkanlarından faydalana bilər, sizin üçün nəzərdə tutulmuş kampaniyalardan, imtiyazlı əlavə xidmətlərə qədər həyatınızı asanlaşdıran və zənginləşdirən bir çox üstünlüyə sahib olarsınız.

Nağd pula ehtiyacınız olduğu zaman, Worldcardınızdan nağd avans çəkə bilər, 3-12 ay arası sabit hissə və çox uyğun faizlərlə rahat bir şəkildə geri ödəyə bilərsiniz.

Worldcardınıza bağlı şəkildə işləyən Virtual Worldcard, internet mühitində təhlükəsiz alış-veriş etmənizi təmin edər.

World ilə Ölkədən Xaricdə Olan Xərclər- Worldcard istifadəçilərinin şəxsi istəyinə əsasən, Avro bölgəsindəki bütün əməliyyatlar üçün Avro valyutasından, qalan bütün digər ölkə xarici  əməliyyatlar üçün isə ABŞ Dolları valyutasında ibarət hesab bildirişi yaradılır və Worldcard istifadəçiləri borclarını bu pul vahidləri ilə ödəyə bilərlər.

Kartın komisyon haqqı 2%+1azn təşkil edir. Güzəşt müddəti 40 gündür. Təminat tələb olunmur.

İş stajı minimum 6 ay, 300 Azn minimal əmək haqqı olmalıdır

 

Həzz Kart – AGBank

Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. Həzz Kart bankın tərəfdaşları olan bütün geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, habelə restoran, supermarket, turizm, kinoteatr və digər ticarət obyektlərində keçərlidir.

Bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi  hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslar bankın tərəfdaş şəbəkəsi daxilində istifadə oluna bilər.

Kartın əsas xüsusiyyətləri:

  • İllik faiz: 0% 
  • Bank xərcləri: Yoxdur 
  • Kartın qiyməti : Pulsuz
  • Kartın müddəti: 36 ay
  • Ödəniş: Hər növbəti ayın 1-dən 11-dək
  • Bonus sistemi:: Partnyor mağazalarda Həzz kartla edilən əməliyyatlara görə bonus qazanırsınız
  • Yaş həddi: 18-65
  • Tələb olunan: Şəxsiyyət vəsigəsi və iş yerindən arayış
  • Zamin: : Tələb olunmur

Tele Kart- Nikoil Bank

Ən sərfəli kredit üçün müraciət et

Limiti bərpaolunan, mal və xidmətləri faizsiz ödəmək imkanını verən kredit kartı.

Telekartla bankın tərəfdaşları şəbəkəsində alış- veriş edən zaman Siz hec bir faiz ödəmirsiniz, və kredit borcunuzu banka hissə hissə ödəyirsiniz.

Tele Kart-ın əsas üstünlükləri

  • Bankın tərəfdaşı olan mağazalarında aliş-verişi %-siz etmək imkanı
  • İnternetdə və xaricdə alış-veriş imkanı
  • 20%-dək nağd pul çıxartmaq imkanı
  • Hər əməliyyatdan mobil telefona və ya kartın balansına 4%-dək bonus almaq imkanı
  • Şəxsi vəsaitləri yerləşdirmək imkanı

  Tele Kartın Bonus sistemi

 Bonusun miqdarı Sizin “Telekart” vasitəsilə apardığınız alış-verişlərin və xidmətlərin ödəniş məbləğinin   faizidir.Bonuslar:

  •  Mobil telefona
  • Və ya kartın balansına yüklənir

Dəmir Taksit – Dəmir Bank

Məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. 

Harada istifadə edilə bilər?

  • Ticarət və xidmət mərkəzlərində
  • İnternetdə
  • Bankomatlarda 

DəmirTaksitin əsas üstünlükləri

Kart pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Partnyorlardan aslı deyil və heç bir məhdudiyyət olmadan ölkə daxilində və  dünyanın 200-dək ölkəsində istifadə etmək imkanı;

İstənilən zaman nağdlaşdırma imkanı;

Kart üzrə ödənilən məbləği 1, 3, 6 və 12 aya bölərək hissələrlə ödəmək imkanı;

Pulsuz SMS məlumatlandırma xidməti sayəsində kart sahibi aylıq ödənişlərlə bağlı məlumat əldə edə bilir.•            İstifadə edilmiş limitin bərpa olunması;

Endirimlər əldə etmək imkanı;

Minimal aylıq gəlir tələbi – 100 AZN və təminat tələb olunmur.

Hər əməliyyat üzrə minimum nağdlaşdırma məbləği limitsizdir.

Kartı onlayn sifariş vermək və bankın istənilən filialından əldə etmək mümkündür.

Extra Card – ASB Bank

 Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alan xidmət və ya malların dəyərini 12 ayadək hissə-hissə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.

Extra Card çeşidləri bonus xüsusiyyətləri olan Extra Card Maestro, həm taksit edən, həm də bonus qazandıran - Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartlarıdır.

Extra Card-ın əsas üstünlükləri:

  • ilk dəfə onlayn rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi;
  • normal bir kredit kartının bütün xüsusiyyətlərilə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni hissə-hissə ödəməyə imkan verməsi;
  • xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;
  •  tək bank hesabı ilə həm kart hesabının, həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi;
  • filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənilə bilməsi;

Həmçinin Extra Card ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.

Smile Card– Express Bank

Hər yerdə istifadə oluna bilən, bərabər hissələrlə ödəmə imkanı verən kartdır. 
“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin”

Kreditin şərtləri:

Kreditin məbləği: 500 - 3000 AZN

Kreditin xəttinin müddəti: 60 ay

Kartın qiyməti: Pulsuz

SMS məlumatlnadırma: Pulsuz

Komissiyalar:  6 aylıq ödəniş üzrə 6%, 12 aylıq ödəniş üzrə 12%

Faiz dərəcəsi: 0%

Təminat: Tələb olunmur

FİFD: min.- 21.6%  maks.- 24.3%

Əlavə: Karta əlavə vəsait yerləşdirmək imkanı var. Bu vəsait nağdlaşdırılarkən komissiya tutulmur

Kart hər yerdə istifadə oluna bilər. Kartdan xərclənən məbləğin üzərinə 6%  (12%) komissiya əlavə olunur və müvafiq olaraq 6 ay (12 ay) ərzində banka bərabər hissələrlə ödənilir.

Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər.
Bankomat vasitəsi ilə nağdlaşdırma da mümkündür.

Tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsi

Gəlirləri təsdiq edən sənəd

Kapital Kart – Kapital Bank

Taksit kartı sizə bir çox restoranlarda, texnika, geyim, məişət texnikası, mobil telefon mağazalarında, tibb mərkəzlərində və digər ticarət obyektlərində və xidmət sahələrində dəyərini hissə-hissə ödəməklə alış-veriş etmək imkanı yaradır. 
Üstünlükləri:

Nağd pulunuz olmasa belə arzuladığınız mal və xidmətləri istənilən anda əldə etmək imkanı qazanırsınız

Əldə etmək istədiyiniz mal və xidmətlərin dəyərini birdəfəyə yox, hissə-hissə ödəyirsiniz

Kartı rahat alırsınız. Kapital Bank maaş və ya pensiya kartınız və şəxsiyyət vəsiqəniz bunun üçün kifayətdir. 

Kapitalkart tamamilə pulsuzdur və illik bank faizi 0%-dir

Kapitalkart VISA beynəlxalq ödəniş sistemini dəstəklədiyi üçün dünyanın istənilən yerində nağdsız ödəniş etmək imkanı yaradır

Karta pulsuz SMS banking xidməti qoşulur.

ElKart – Beynəlxalq Bank

"ElKart” VISA Classic və MasterCard Standard tipli kartlarının əsasında buraxılır və VISA payWave və MasterCard PayPass kontaktsız ödəniş xidmətlərini dəstəkləyir. “ElKart” 6-illik istifadə müddətinə buraxılır. Kartlar əlavə ödənişsiz SMS Xəbərdarlıq xidmətinə qoşulur.

“ElKart” ilə alış-veriş edərək, ticarət müəssisələrində məhsul və ya xidmətlərin dəyərini öz istəyinizə uyğun 1, 3, 6, 9 və ya 12 ay ərzində hissələrlə ödəyə bilərsiniz.

“ElKart” üzrə tətbiq olunan tariflər və şərtlər

“Elkart” pulsuz təqdim edilir

Kreditin rəsmiləşdirilməsi üzrə komisyon haqqı kredit məbləğinin 2%-nitəşkil edir.

Kredit limitinin məbləği minimum 500 manat, maksimum 5000 manat təşkil edir.

Ayrılan kredit limitinin müddəti maksimum 2 il təşkil edir.

“ElKart” ilə istifadə edilən vəsaiti faizsiz ödəmək üçün bərabər hissələrə bölünmüş məbləğləri hər növbəti ayın 10-dək ödənilməlidir. İstifadə edilən vəsait üzrə ödənişlər faizsiz güzəşt müddəti ərzində ödənilmədiyi halda istifadə edilən vəsaitə 36% (illik) hesablanır.

Nağdlaşdırma

“ElKart” ilə bank tərəfindən əvvəlcədən elan edildiyi tarixlərdə ABB-nin bankomatlarında kartda olan vəsaiti nağdlaşdırmaq mümkündür. Nağdlaşdırılan vəsaitdən 3% komissiya tutulur.

Hazırda "ElKart" Bakı, Gəncə və Sumqayıt şəhərlərində əmək haqqını ABB kartları ilə alan müştərilərə təqdim edilir. 

Maxi Card – NBC Bank

Maxi Kartdan Azericard processing mərkəzinə aid istənilən POS terminallardan (kompaniya vaxtı ATM-lərdən)  ticarət obyektlərində alınacaq malı və ya xidməti kart ilə əldə edərək, aylar üzrə 1,5 %-lə hissə-hissə ödəmə imkanı verir. İstifadə edilən məbləği  müştəri növbəti aydan başlayaraq maksimum 6 (altı) ay ərzində bərabər hissələrlə banka ödəyir.

Ödənilən məbləğ kart hesabına mədaxil olunur və yenidən istifadə edilə bilər. Kartın limiti bərpa olunandır.

Kartın əldə olunması Bankın Filiallarında aşağıdakı şərtlərlə həyata keçirilir: 

Kartın limiti: 500 AZN

Güzəşt müddəti: 40 gün (ödəniş hər ayın 1-dən 10-a kimi olunmaqla)

Bank xərcləri və xidmət haqqı: İstifadə olunan məbləğin 9%-i

Kartın qiyməti: Pulsuz

Kartın müddəti: Kartın müddəti və kredit xəttinin müddəti – 3 il

Ödəniş: Hər növbəti ayın 1-dən 10-dək

Yaş həddi: 18-65

Tələb olunan sənədlər Ş/V və iş yerindən arayış

Ən sərfəli krediti almaq üçün müraciət et