Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etdi | Banco.az

Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Tacikistan hökuməti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

Banco.az xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi xəbər verib.

Qeyd olunur ki, Tacikistan belə bir addımı “qarşılıqlılıq prinsipini həyata keçirmək üçün” atıb.

“Türkiyə vətəndaşları Tacikistan Respublikasının xaricdəki səfirliklərində və konsulluqlarında Tacikistan Respublikasının vizasını ala bilərlər”, - deyə məlumatda bildirilir.

Rejim aprelin 20-dən tətbiq olunacaq, o vaxta qədər Tacikistan vətəndaşları Türkiyəyə vizasız gedə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bundan əvvəl Türkiyə adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün viza rejimi tətbiq etmək qərarına gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et