Süni intellektdən daha yaxşı istifadə etməyə kömək edəcək saytlar | Banco.az

Süni intellektdən daha yaxşı istifadə etməyə kömək edəcək saytlar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Müxtəlif süni intellekt alətlərinin mövcud olduğu dövrümüzdə hansı süni intellektdən hansı məqsədlə istifadə etməli olduğunuzu bilirsinizmi?

Banco.az sizin üçün süni intellekt proqramlarından daha yaxşı istifadə etməyə imkan verəcək saytları təqdim edir.

Mətn yaratmaq

OpenAI - Mətn yaratmaq üçün olduqca uğurlu platformadır. Bundan əlavə, o, həmçinin süni intellekt tədqiqatlarına dair aktual məlumatlar və məqalələr təqdim edir.

Data Science Towards - Süni intellekt və data elmi ilə maraqlananlar üçün məqalələr və təlimlərdən ibarət platformadır.

Technology Review - Bu sayt əslində texnologiya və süni intellekt haqqında xəbərlər və təhlillər təklif edən bir jurnaldır.

Alətlər və tətbiqlər

OpenAI - OpenAI tərəfindən hazırlanmış süni intellekt modellərinə çıxışı təmin edən API.

Google AI - “Google”un süni intellekt alətləri və API-lərini ehtiva edən platforma.

Amazon Rekognition - “Amazon Web Services” tərəfindən təklif olunan təsvirin tanınması və təhlili xidməti.

IBM Watsonx Assistant - “IBM” tərəfindən təklif olunan çatbot təkmilləşdirmə platforması.

Microsoft Solutions AI - “Microsoft”un süni intellekt alətləri və API-lərini ehtiva edən platformadır.

Ən sərfəli kredit üçün müraciət et

Süni intellekt üzrə təlim ala biləcəyiniz onlayn platformalar

Coursera - Süni intellekt və dərin öyrənmə kimi mövzularda onlayn kurslar təklif edən platforma.

Udacity – Süni intellekt və digər texnoloji bacarıqlar üzrə nano dərəcələr və kurslar təklif edən platformadır.

Andrewng - Stenford Universitetinin professoru Endryu Ng tərəfindən təklif olunan pulsuz maşın öyrənmə kursu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et