Süni İntellekt texnologiyası üzrə aparıcı ÖLKƏLƏR | Banco.az

Süni İntellekt texnologiyası üzrə aparıcı ÖLKƏLƏR

Süni İntellekt sahəsində əsaslı addımlar atmış və bu texnologiyanı daha da inkişaf etdirən ölkələrdən söhbət gedirsə, şübhəsiz ki, ilk ağla gələn iki ölkə - Amerika və Çindir.

Bugünkü məqaləmizdə isə son zamanlarda Süni intellekt texnologiyası ilə bağlı mühüm işlərə imza atmış digər 6 ölkəni araşdırmışıq.

Həmçinin oxu: Süni İntellekt dövrünün işçiləri üçün lazımi 5 xüsusiyyət

Sinqapur

Image result for sinqapur

Sinqapur 2017 – ci ilin may ayında “Sinqapur” adlı Süni İntellektə əsaslanan beynəlxalq strategiyanı açıqlayan ilk ölkələrdən biri idi. Sinqapur həmçinin sürücüsüz avtomobillər üzrə də sürətli başlanğıc etdi. İlk sürücüsüz taksilər də məhz bu ölkədə insanların istifadəsinə verildi. Eyni zamanda bu avtomobillərin sınaqdan keçirilməsi üçün kiçik bir qəsəbə də quruldu.

Sinqapurda may ayında sınaqdan keçirilən sürücüsüz elektrik avtobusu

İsrail

Related image

İsrail süni intellekt texnologiyasını tibb sahəsinə tətbiq etmiş və bu sahədə dünya liderinə çevrilmişdir. Hökumət xəstələrin məlumatlarını rəqamsallaşdırmaq üçün 280 milyon dollarlıq büdcənin ayrıldığı beş illik proqram elan etdi.

Hindistan

Image result for hindistan

Hindistan bu yay “National Strategy for Artificial Intellegience” (Süni İntellekt üzrə Milli Strategiya) adlı proqram qəbul etdi. Həm öz ölkələri, həm də digər ölkələr üçün iqtisadi və sosial inkişafı hədəfləyən #AllforAll adlı bu plan, səhiyyə xidməti, kənd təsərrüfatı, ağıllı şəhərlər və infrastruktur və ağıllı nəqliyyat xidməti kimi sahələri əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Birləşmiş Ərəb Əmirlikləri

Image result for birləşmiş ərəb əmirlikləri

Birləşmiş Ərəb Əmirlikləri Orta Şərqdə Süni İntellekt strategiyasına sahib ilk ölkə olmaqla yanaşı dünyada Süni İntellekt Nazirliyi olan ilk ölkədir. Eyni zamanda ölkədə bu yay 600 yerli tələbə Süni İntellekt düşərgəsində təhsil alıb.

Dubay, Birləşmiş Ərəb Əmirliklərində robot polis

Fransa

Image result for fransa

Fransa hökuməti bu ilin əvvəllərində səhiyyə, ətraf mühit, nəqliyyat və təhlükəsizlik sektorunda Süni İntellekt texnologiyasının tətbiq edilməsi və bu iş üçün 2 milyard dollarlıq maliyyə layihələrinə imza atılmasının hesabatını verən 150 səhifəlik bir sənəd yayımladı.

Kanada  

Image result for kanada

Süni İntellektin bugünkü səviyyəyə çatmasını təmin edən dörd şəxsdən ikisi professor Yoşua Bengio (Yoshua Bengio) və Geoffrey Hinton bu gün Kanadada yaşayır və tədrislə məşğuldur. Bu şəxslərin səyləri ölkədə süni intellekt sahəsinin inkişafına töhfə vermişdir. Eyni zamanda ABŞ – ın mühacirlərin ölkəyə gəlməsi ilə bağlı sərt qaydaları beynəlxalq araşdırmaçıların Silikon Vadisi əvəzinə Kanadaya axın etməsinə səbəb olur. 

Həmçinin oxu: Gələcəyin iş mühiti

Tamara Mustafayeva, Banco.az