"Strateji yol xəritələri çərçivəsində bu istiqamətdə işlər davamlı şəkildə həyata keçirilir” | Banco.az

"Strateji yol xəritələri çərçivəsində bu istiqamətdə işlər davamlı şəkildə həyata keçirilir”

“Strateji yol xəritələri və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2016-cı il tarixli Sərəncamı dövlət müəssisələrində korporativ idarəetmə sisteminin effektiv şəkildə qurulması üçün əsas zəmindir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bu mövzu geniş araşdırılmış və qabaqcıl dünya təcrübəsi nəzərə alınmışdır. Dövlət müəssisələrində məqsədlərin və hədəflərin aydın olması və mövcud iqtisadi konyunktura əsaslanması, hədəflərin icrası üzrə nəzarət prosesində koordinasiyanın və hesabatlılığın tərəflərə düzgün şamil edilməsi vacibdir. Fəaliyyət nəticələrinə əsaslanan qiymətləndirmə sistemi vasitəsilə motivasiya korporativ idarəetmə standartlarının uğurunun əsasını təşkil edir. Korporativ idarəetmə standartlarının effektiv şəkildə tətbiq edilməsi istiqamətində dövlətin üzərinə düşən əsas vəzifələrə aşağıdakılar aid edilir: dövlət müəssisələrinin geniş mandatının icrasının və məqsədlərinin, eləcə də maliyyə hədəflərinin, kapital strukturu ilə bağlı məqsədlərin və riskə qarşı davamlılıq səviyyələrinin müəyyən edilməsi və monitorinqi, icra göstəricilərinin mütəmadi olaraq monitorinqini və auditini aparmaq, qiymətləndirmək, eləcə də onların korporativ idarəçilik standartlarına uyğunluğuna nəzarət etmək imkanı verən hesabatvermə sistemlərinin yaradılması, ixtisaslı peşəkarların cəlb edilməsinə və həvəsləndirilməsinə, eləcə də müəssisənin uzun və orta müddətli maraqlarına xidmət edən aydın kompensasiya siyasətinin müəyyən edilməsi. Dövlət müəssisələrində korporativ standartların tətbiqinin genişləndirilməsi rəqabət mühitinin daha da yaxşılaşması, göstərilən xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, dövlət-özəl əməkdaşlığı, sərmayə cəlbi və dövlət aktivlərinin səmərəli istifadəsi ilə nəticələnəcəkdir. Korporativ standartlar həm də açıq hökumət və yaxşı idarəetmə deməkdir. Strateji yol xəritələri çərçivəsində bu istiqamətdə işlər davamlı şəkildə həyata keçirilir.”

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et