“Stellantis” şirkətinin 6 aylıq gəliri 100 milyard avroya yaxınlaşıb | Banco.az

“Stellantis” şirkətinin 6 aylıq gəliri 100 milyard avroya yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Stellantis” şirkətinin 6 aylıq gəliri 98,4 milyard avroya çatıb.

Banco.az xəbər verir ki, 2023-cü ilin ilk yarımilliyində də güclü böyümə tendensiyasını yeni rekordlarla davam etdirən çoxmillətli avtomobil istehsalçısı “Stellantis” sözügedən dövrdə xalis gəlirini 98,4 milyard avroya çatdırmağa müvəffəq olub.

İtalya-Amerika konqlomeratı “Fiat Chrysler Automobiles” və fransız “PSA Group” tərəfindən 2021-ci ildə müştərək müəssisə şəklində yaradılan “Stellantis” ilin ilk yarısı üzrə  maliyyə göstəricilərini açıqlayıb.

Buna görə, şirkət xalis gəlirini 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıraraq 98,4 milyard avroya çatdırıb ki, bu da əsasən daha yüksək tədarük miqdarı ilə bağlı olub.

Düzəliş edilmiş əməliyyat gəlirini (AOI) 2022-ci ilin birinci yarısı ilə müqayisədə 11 faiz artıran avtomobil istehsalçısı bu dövrdə 14,1 milyard avro gəlirə və 14,4 faiz güclü marjaya nail olub.

Qeyd edək ki, “Stellantis”in artan satışlar onun mənfəətinə də əhəmiyyətli dərəcədə təsir edib. Belə ki, şirkət 2022-ci ilin birinci yarısı ilə müqayisədə xalis mənfəətini 37 faiz artıraraq 10,9 milyard avroya çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram