«S&P Global Ratings» analitikləri Azərbaycanın bank sistemi barədə şərh verib | Banco.az

«S&P Global Ratings» analitikləri Azərbaycanın bank sistemi barədə şərh verib

2020-ci ilin yekunları üzrə Azərbaycanın bank sistemində problemli kreditlərin payı 2019-cu ilin sonuna olan təxminən 8%-dən 12-15%-nə çata bilər.

«İnterfaks-Azərbaycan» agentliyinin məlumatına əsasən, «S&P Global Ratings» agentliyinin analitikləri hesab edirlər.

"Hesab edirik ki, Ermənistanla hərbi münaqişə “S&P Global Ratings” agentliyinin reytinqlərinə malik olan Azərbaycan banklarına birbaşa təsir etməyəcək, halbuki bu vəziyyət Azərbaycanın suveren reytinqi üzrə proqnoza yenidən baxılmasını (kredit reytinqinin proqnozu “sabit”dən “mənfi”yə düşüb) şərtləndirilib", - deyə agentliyin məlumatında bildirilir.

“S&P Global Ratings” agentliyi Azərbaycanın 3 bankına - "Kapital Bank" ASC ( BB-/Sabit/B), "PAŞA Bank" ASC (B+/Sabit/B) və "Muğanbank" ASC-yə (CCC+/Mənfi/C) reytinq verib.

"Bu yaxınlarda makroiqtisadi təzyiqlərin və qeyri-müəyyənliyin artmasına baxmayaraq, hesab edirik ki, Azərbaycan banklarının cari reytinqləri hələ münaqişənin gərginləşməsindən əvvəl əsas mənfi aspektləri, yəni: yüksək kredit risklərini, həmçinin iqtisadiyyatın dövriliyi və keçmişdə qeydə alınmış aqressiv kreditləşmə praktikası ilə bağlı riskləri nəzərə almışdır", - deyə məlumatda qeyd olunur.

“S&P” qeyd edir ki, 2020-ci ildə Azərbaycan banklarına münasibətdə bir sıra reytinq tədbirləri həyata keçirilib, çünki biznesin və mənfəət göstəricilərinin artım perspektivləri ilə bağlı risklərin arta biləcəyi ehtimal olunurdu.

"Bu gözləntilər mövcud xarici iqtisadi risklərlə yanaşı, son nəticədə Azərbaycan banklarının kapital ehtiyatlarına, həmçinin aktivlərinin keyfiyyətinə və ehtiyat bazasının sabitliyinə təzyiq göstərə bilərdi. Makromaliyyə sabitliyindən başqa, Azərbaycanın suveren reytinqləri üzrə proqnoz büdcə göstəriciləri və xarici balans kimi amillərlə də şərtlənib", - deyə analitiklər hesab edirlər.

“S&P” hesab edir ki, 2020-ci ilin yekunları üzrə Azərbaycanın bank sistemində problemli kreditlərin payı kreditlərin ümumi həcminin 2019-cu ilin sonuna olan təxminən 8%-dən 12-15%-nə çata bilər.

Ən sərfəli kredit üçün müraciət et

"2020-ci ildə Azərbaycanda yeni kreditlərin verilməsinin artım tempi azalıb, kreditlər üzrə mümkün itkilərlə bağlı ehtiyatların yaradılması xərcləri orta hesabla bankların kredit portfellərinin 4%-dək artıb (2015-2019-cu illər ərzində orta göstərici ilə müqayisədə 3,2%). Bu ona gətirib çıxaracaq ki, bəzi banklar maliyyə nəticələrini yalnız zərərsizlik səviyyəsində nümayiş etdirə biləcək", - deyə məlumatda qeyd olunur.

“S&P” bankların fondlaşdırılma profillərinə təzyiqin artmasının mümkünlüyünü qeyd edir. “Rezidentlərin öz əmanətlərini xarici valyutaya daha fəal şəkildə konvertasiya edəcəyi və ABŞ dolları ilə olan depozitlərin axınının sürətlənəcəyi halda qısamüddətli perspektivdə ölkənin bank sistemində valyuta likvidliyinin həcmi azala bilər. Bildiyimiz kimi, bu günə qədər nə rezidentlərin əmanətlərinin xarici valyutaya konvertasiyasının həcmində artım, nə də onların banklardan çıxarılması faktları qeydə alınmayıb", - deyə agentliyin analitikləri hesab edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et