Sosial şəbəkədə MCDonalds-ı boykot edərək işdən çıxanlar üçün vakansiya qrupu yaradıldı | Banco.az

Sosial şəbəkədə MCDonalds-ı boykot edərək işdən çıxanlar üçün vakansiya qrupu yaradıldı

"McDonalds”ın Azərbaycandakı rəsmi səhifəsi Qarabağla bağlı dəstək postunu sildikdən sonra əhali boykot aksiyasına başlayıb. Bəziləri isə bu şəbəkənin fəaliyyətini dayandırması nəticəsində yüzlərlə insanın işsiz qalacağını bildirib.

Bunu nəzərə alaraq, bir qrup insan Facebook sosial şəbəkəsində "MCDonalds Azerbaijan işçiləri iş axtarır" adlı qrup yaradıblar. 

Qrupun məqsədi erməni vəhşiliyini görməzdən gələn McDonalds Azerbaijan-dan çıxmaq istəyən həmvətənlilərimizə yeni iş tapmaqda kömək etməkdir. Artıq qrupda iş adamları tərəfindən bir neçə şəxsin isə götürülməsi ilə bağlı təkliflər də paylaşılıb. Qrupda mövzudan kənar postlar,  zarafatlar edərək məsələnin ciddiyətini zəiflədən paylaşımlar dərhal silinir. Yeni yaradılmasına baxmayaraq, qrupda indiyə qədər 33-dən çox iş yeri təklif olunub.

Qeyd edək ki, Azərbaycana dəstək paylaşımını sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib. Buna baxmayaraq, restoranın digər ölkə üzrə filialları ermənilərə dəstək postu paylaşmaqdan çəkinməyiblər.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et