Son bir ayda neftin qiyməti necə dəyişdi (30.09.2015) | Banco.az

Son bir ayda neftin qiyməti necə dəyişdi (30.09.2015)

Senytabr ayında neftin qiymət hərəkətinə nəzər salsaq, çox maraqlı ziq-zaq şəkilli təsvirin yarandığının şahidi olarıq, bu ay ərzində neftin qiyməti xeyli tərəddüd etsə də ümumi tendensiya qiymətin aşağı getdiyini göstərir. Belə ki, əgər avqustun 31-də WTI markalı neftin bir bareli 49.20 dollara olmuşdursa, sentyabrın 30-na bu göstərici 44.73 dollar təşkil edir.

Neftin qiymətindəki eniş, Azərbaycanın neftdən gələn gəlirlərinin azalmasına və ixrac edilən məhsulların da nəticə etibarı ilə dəyərinin düşməsinə gətirib çıxarır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, məhz bu səbəbdən carı ilin fevral ayının 21-də AMB (Azərbaycan Mərkəzi Bankı) Azərbaycan manatını devalvasiya etməyə məcbur qalmış və manat dəyərinin 34%-ni itirmişdir.

Ekspertlər neftin qiymətinin enməsinin davam etməsi halında növbəti devalvasiya ehtimalını istisna etmirlər.   

Ən sərfəli krediti almaq üçün müraciət et