"Son 2 ildə azad olunan ərazilərimizdə yenidənqurma işlərinə 6,5 milyard manat yönəldilib" | Banco.az

"Son 2 ildə azad olunan ərazilərimizdə yenidənqurma işlərinə 6,5 milyard manat yönəldilib"

Azərbaycan məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparır.

Deputat Vüqar Bayramov bu barədə danışarkən 30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyon mina basdıran Ermənistanın hələ də qeyri-leqal olaraq Qarabağa mina daşıdığını söyləyib. Qeyd edib ki, Ermənistan revanşist meyillər ilə regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir. Lakin Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma deyil, məhz qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzalamaqla yeni səhifəni açmaqdır.

“Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir. İşğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinə ötən il 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6,5 milyard manat yönəldilib. 2022-2026-cı illərdə isə işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulmasına 19,2 milyard manatın ayrılması nəzərdə tutulub. Qarabağda ərazilərin 15 faizi minalardan təmizlənib. Artıq bu ilin sonunda Böyük Qayıdışın yeni mərhələsi başlayacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar”, - deyə o qeyd edib

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et