Softbankın rəhbərlik etdiyi konsorsium Uberə 10 milyardlıq yatırım edir | Banco.az

Softbankın rəhbərlik etdiyi konsorsium Uberə 10 milyardlıq yatırım edir

Sövdə Trevis Kalaniki milyardlarla dollar vəsaitə sahib  biznesmenə çevirə bilər, əlbəttə ki, o öz biznesindəki payının əhəmiyyətli hissəsini satmağa qarar versə.

Yapon investisiya bankı SoftBank Uberlə razılığa gəlib, bankın rəhbərlik etdiyi konsorsium onlayn sifariş servisinə 1 mlrd vəsait yatırım edəcək. Daha sonra isə, müqavilənin şərtlərinə əsasən, SoftBank Uberin cari investorların səhmlərini 9 mlrd dollar müqabilində almağa başlayacaq. Bu haqda Bloomberg məlumat verir. Agentliyin mənbəsində qeyd olunur ki, müqavilə şərtləri bi neçə həftə davam edən danışıqların gedişində razılaşdırılıb.

Konsorsiuma  həmçinin Investment Group və General Atlantic daxildir. Sövdə çərçivəsində TPG, Tiger Global, DST Global  və Tencent Holdings Uberin səhmlərinə sahib ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Sövdənin imzalanması üçün, Benchmark vençur kompaniyası Uberin rəhbəri Trevis Kalanikə qarşı qaldırdığı iddianı bir müddətlik təxirə salmaq qərarı verir, bu barədə mənbələr məlumat verir. Razılıq çərçivəsində tərəflər Uberin səhmlərini hazırkı bazar kapitalizasiyası – 68,5 milyar dollar – dəyərindən çıxış edərək alacaqlar.

The New York Times qeyd edir ki, SoftBankın rəhbərlik etdiyi konsorsium cəmi 14% səhm olacaq. Söhbət həm artıq emissiya olunmuş, investorlara və əməkdaşlara məxsus səhmlərdən, həm də Uberin yeni emissiya olunacaq səhmlərindən gedir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et