SOCAR istiqrazlarına Azərbaycanın regionlarından olan tələbat Bakını üstələyib | Banco.az

SOCAR istiqrazlarına Azərbaycanın regionlarından olan tələbat Bakını üstələyib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarını alan investorlar arasında qiymətli kağızlara 100 min dollardan artıq pul yatıran kifayət qədər investor var. “Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu qeyd edib.

Onun sözlərinə görə, istiqrazlara olan tələbin ödənilməsi zamanı korporativ müştərilərə üstünlük verilib.

Ən sərfəli kredit üçün müraciət et

A.Ağaoğlu onu da deyib ki, istiqrazlara verilmiş sifarişin məbləğinə görə, Bakıdakı investorlar üstünlük təşkil etsə də, sifarişlərin sayı baxımından regionlar Bakını üstələyib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et